Simantov Şmuel, Təl-Əviv Dağ Yəhudiləri Sinaqoqunun Baş Ravvinindən təbrik

İELAZ.İNFO xəbər verir ki, Israilin Tel-Əviv şəhərində fəaliyyət göstərən Dağ Yəhudiləri Sinaqoqu adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsinə dair Birgə Bəyannamənin imzalanması münasibətilə təbrik ünvanlanıb.

Təbrikin tam mətnini çap edirik.

Hörmətli cənab Prezident,

İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Dağ Yəhudiləri Sinaqoqu adından Sizi və bütün Azərbaycan xalqını Vaşinqton şəhərində Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsinə dair Birgə Bəyannamənin imzalanması münasibətilə ürəkdən təbrik edirəm.

Bu tarixi sənəd regionda uzun illər gözlənilən sabitliyin və qarşılıqlı etimadın bərqərar olması istiqamətində mühüm bir addım olmaqla yanaşı, Cənubi Qafqaz xalqlarının rifahı, təhlükəsizliyi və gələcək nəsillərin dinc bir mühitdə yaşaması üçün möhkəm zəmin yaratmışdır.

Sizin uzaqgörən liderliyiniz, qətiyyətli siyasi iradəniz sayəsində bu mühüm nəticə əldə edilmişdir. Azərbaycan xalqının tolerantlıq, birgə yaşayış və qarşılıqlı hörmət kimi ali dəyərlərə bağlılığı bütün dünyada nümunə kimi göstərilir və biz – İsraildəki dağ yəhudiləri icması – bu dəyərləri yüksək qiymətləndiririk.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayırıq.

Hörmətlə,

Simantov Şmuel, Təl-Əviv Dağ Yəhudiləri Sinaqoqunun Baş Ravvini

İsrail Dövləti, Təl-Əviv şəhəri.

Bizimlə oxuyun
Verified by MonsterInsights