Şimali Koreya lideri hədələyir: -Biz yeni məxfi silahlar əldə etmişik

ELAZ.İNFO xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In Şimali Koreya Ali Xalq Məclisində çıxış edib.

Nüvə silahının ölkəsinin sağ qalması üçün vacib bir seçim olduğunu iddia edən Kim, nüvə tərksilahının “mümkün olmadığını” söyləyib.

Kim “Biz yeni gizli silahlar əldə etdik və müdafiə elmi sahəsində hərbi imkanlarımızı böyük ölçüdə gücləndirəcək nailiyyətlər qazandıq”- deyib.

Məlumat üçün bildirək ki, nüvə silahsızlanma prosesindən sonra bir ölkənin ABŞ-ın necə davrandığının dünyanın fərqində olduğunu ifadə edən Kim “Biz heç vaxt nüvə silahımızdan əl çəkməyəcəyik” -deyə bildirib.

Kim həmçinin vurğulayıb ki, “ABŞ Şimali Koreyanın nüvəsizləşdirilməsi tələbindən əl çəkərsə” ölkəsi ABŞ administrasiyası ilə danışıqlara açıqdır.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights