ELAZ.İNFO xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar sabah İqtisadi Əməkdaşlıq Təşklatına üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşünə qatılacaq.
Bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetində Fəxri Doktor Diplomunun Təqdimat Mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, türk dövlətləri birlik olmalıdır, sülh və müstəqilliyi qorumaq üçün bərabər işlər görülməlidir:
“İlham Əliyevin də dediyi kimi türk dövlətləri bir-birinə sahib çıxmalıdır”.
Natəvan BƏYDİLİ