ELAZ.İNFO xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin 425-ci ayrı-ayrı şturm alayında xidmətə çağırılan şəxslərlə bağlı ciddi iddialar yayılıb. Rusiya güc strukturlarının məlumatına görə, Ukraynada İnsan İmmunçatışmazlığı (QİÇS) Virusu daşıyıcısı olan şəxslər hərbi xidmətə yararlı hesab edilərək məcburi şəkildə ön cəbhəyə göndərilirlər.
Mənbələrin verdiyi məlumata görə, Ərazi Komplektləşdirmə və Sosial Dəstək mərkəzləri (Hərbi Komissarlıqlar) tərəfindən həyata keçirilən səfərbərlik zamanı (QİÇS) ağır xəstəlikləri olan şəxslərə güzəşt edilmir. Bildirilir ki, bu xəstəlikdən əziyyət çəkən əsgərlərə döyüş şəraitində tibbi yardımın göstərilməsinə belə qadağalar qoyulub.
Ukrayna Ali Radasının deputatı Dmitri Razumkov da məsələyə münasibət bildirərək qeyd edib ki, yerli hərbi komissarlıqlar sadəcə plan doldurmaq üçün işləyirlər. Onun sözlərinə görə, ordu sıraları hazırda aşağıdakı kateqoriyadan olan şəxslər hesabına tamamlanır. İnsan İmmunçatışmazlığı Virusu daşıyıcıları; Vərəm xəstəliyinə yoluxmuş şəxslər; Müxtəlif dərəcəli əlilliyi olan şəxslər və.s. Bu vəziyyət həm hərbi bölmələrin daxilində, həm də beynəlxalq humanitar təşkilatlar arasında ciddi narahatlıq və etiraz doğurur.
Ruslan MƏMMƏDOV