BİZİ TANIYIN

Elaz.info

Onlayn informasiya portalının missiyası

 

Elaz.info, onlayn informasiya portalının yaradılmasında əsas məqsəd ölkədə və dünyada baş verən hadisələri işıqlandırmaq, oxuculara, izləyicilərə baş verən hadisələrlə bağlı dəqiq və səhih məlumatların çatdırılmasıdır.

Rəqəmsal media dünyasında komlektləşdirilmiş informasiya axınının düzgün istiqamətə -xəbərin mənbəyinə yönləndirilməsi əsas hədəfdir. 

 

                    Elaz.info-nun fəaliyyət dairəsi:

  • Xalqımızın və ölkəmizin milli mənafeyinə xidmət edən materialların dərci;
  • milli-mənəvi dəyərlərin, habelə, vətənpərvərlik ideyalarının təbliği;
  • türk dünyası ölkələri arasında birlik-bərabərlik əlaqələrinin yaradılması, habelə genişləndirilməsi;
  • sosial, iqtisadiyyat, mədəniyyət, səhiyyə, idman və digər sahələri özündə əks etdirən materialların işıqlandırılması;
  • Gender siyasətinə və ekoloji məsələlərə xüsusi diqqətin ayrılması,
  • Dünyada baş verən müxtəlif hadisələrdən, qabaqcıl innovativ vasitələrdən bəhs edən icmallara, analitik yazılara, müsahibələrə, təhlillərə, analizlərə, eləcə də, müəllif yazılarına geniş yer verilməsi.

 

Portalın nəzdində fəaliyyət göstərən “qaynar-xətt” birbaşa mənbədən alınan operativ məlumatların dərcinə şərait yaradacaq.

Demokratik prinsiplərə söykənərək, obyektiv və müstəqil olaraq fəaliyyət göstərəcək portal öz işini etik normalar çərçivəsində quracaq.

Elaz.info-nun fəaliyyət dairəsi özünün oxucu və izləyici auditoriyasını formalaşdıracaq. Fərqli təbəqələrə uyğunlaşdırılmış məzmunun təqdimatı portalın maarifləndirici funksiyasını artıracaq.

“Elaz.info”nun yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını fəal əməkdaşlığa dəvət edir.

 

SAYTIN ADI: www. ELAZ.İNFO

ÜNVAN: Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev 265, mənzil 196

Tel.: +994553305830

         E-mail: el@elaz.info

 

REDAKSİYA HEYYƏTİ:

“Elaz.info”nun təsisçisi və baş direktoru: İlahə Bayındır

Baş redaktor: Natəvan Bəydili

Reklam meneceri: Ruslan Məmmədli

 

 Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq 
Media Reyestrinə daxil edilmə tarixi: 10 mart 2025-ci il

 

Saytdakı materiallardan istifadə edildikdə istinad mütləqdir.