SEVMEK NECƏDİR?

Sevgi Uca Rəbbimizin qəlbimizdə yaratdığı ilahi bir hissdir. Həyatımız bu hiss vasitəsilə məna tapır. Ən əzəmətli və dəyərli sevgi, şübhəsiz ki, Allah sevgisidir. Möminlər Allah sevgisini hər şeydən üstün tuturlar. Allahı sevənlər fərzləri yerinə yetirər, haramlardan çəkinər, könüllü ibadətlərlə Ona ruhən yaxınlaşmağa çalışırlar. Onlar Allah yolunda çalışırlar, İslama əməl etdiklərinə görə qınanmaqdan qorxmurlar, daim qəlbləri, ağlı və dili ilə Rəbbini zikr edir, Allahdan gələnlə kifayətlənirlər. Allahı sevən qul sonda Onun məhəbbətini qazanar. Rəbbimiz Peyğəmbərinə tabe olanları, yaxşı işlər görənləri , tövbə edənləri, əməlisalehləri, səbir edənləri, adil olanları sevdiyini xəbər verir.

Ali Kamal MABOÇOĞLU Türkiyə

Bizimlə oxuyun
Verified by MonsterInsights