Sevgi ölmür…

Yaşlı kişi hər gün köhnə kreslosunda oturar, telefonu əlinə alar və düymələrə basaraq öz nömrəsini yığardı.

Bir neçə dəfə zəngin çalmasını gözləyər,

sonra isə qapadardı.

Bir gün nəvəsi dözə bilmədi, maraqla soruşdu:

— Baba, niyə hər gün təkrar-təkrar öz nömrəni yığırsan?

Yaşlı adam kədərli bir təbəssümlə cavab verdi:

— Çünki nənən hələ sağ olanda hər gün bu saatlarda məni yığardı. Artıq heç kimin zəng etməyəcəyini bilsəm də, bu nömrəni yığıram. Bu vərdişdən ona görə əl çəkmirəm ki, nənəni gözləyirmişəm kimi onu hiss edim.

Balaca uşaq susdu.

Və ertəsi gün babasının xəbəri olmadan,

tam eyni vaxtda ev telefonunu yığdı.

Yaşlı adam titrəyən əlləri ilə telefonu açdı…

Və o biri tərəfdən dünyanın ən şirin səsini eşitdi:

— Alo, alo babacan… Sadəcə, hələ də səni düşünən birinin olduğunu bilməyini istədim.

Bəzən sevgi ölmür…

Sadəcə səsini dəyişir.

Və yeganə gözlədiyi – yenidən doğulmaqdır.

Əli İBRAHİMOV

Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights