ELAZ.İNFO xəbər verir ki, Şimali Koreyanın qüdrətli siması Kim Yo Jong, ABŞ, Yaponiya və Cənubi Koreya tərəfindən başlanacaq “Freedom Edge” təlimləri ilə bağlı ciddi xəbərdarlıq edərək, onları “ehtiyatsız güc nümayişi” adlandırıb.
Şimali Koreya liderinin bacısı ABŞ, Cənubi Koreya və Yaponiyanın sabahkı birgə hərbi təlimləri öncəsi açıqlamalar verib.
Kim Çen Inın bacısı bildirib ki, hərbi təlimlər iştirakçı ölkələr üçün mənfi nəticələr verəcək.
Şimali Koreya dövlət mediası Kim Yo Jongun “Azadlıq sərhədi” kimi tanınan hərbi təlimləri tənqid etdiyini bildirib:
-“Bu vəziyyət ABŞ, Yaponiya və Cənubi Koreyanın səhv yerlərdə, yəni Koreya Xalq Demokratik Respublikası ətrafında ehtiyatsız güc nümayiş etdirməsinin onlar üçün şübhəsiz mənfi nəticələrə səbəb olacağını xatırladır”.
Yeri gəlmişkən bildirək ki, Cənubi Koreya ordusu sentyabrın 15-də başlanan hərbi təlimlərdə Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı hava, dəniz və kiberkosmos əməliyyatlarından istifadə edəcəyini açıqlamışdı.
Bu arada, Şimali Koreyanın yüksək səviyyəli rəsmisi Pak Jong Chon KCNA-ya ayrı-ayrılıqda verdiyi açıqlamada, “Əgər düşmən qüvvələr bu birgə hərbi təlim vasitəsilə öz güclərini sınamağa cəhd edərlərsə, Şimali Koreya çox aydın və güclü cavab verəcək” -demişdi.
Pxenyan hökuməti keçmişdə bu cür hərbi təlimləri tənqid edərək, onlardan ölkəyə hücum üçün sınaq yarışı kimi istifadə edildiyini iddia etsə də, Seul və Vaşinqton bu təlimlərin sırf müdafiə xarakteri daşıdığını bəyan edib.
İlahə BAYINDIR