Ölkənin müharibədə məğlub olması üçün aşağıdakı şərtlərdən azı biri olmalıdır:
-Rəhbərliyi qorxaq, satqın olarsa;
-Xalqın irədəsi qırılarsa;
-Əhalisi tükənərsə;
-Maddi resursları tükənərsə.
ABŞ-İsrail cütlüyü İranda 1-ci və 2-ci şərtdən birinin və ya ikisinin də baş verəcəyinə ümid edərək, müharibəyə başladılar.
İndi artıq məlumdur ki, İranda 1-ci şərtın olması gözlənilmir.
2-ci şərtə də ümid özünü doğrultmadı, bu qədər bombardmana baxmayaraq, İranda nəinki etirazlar, heç ölkədən kütləvi köç də baş vermədi.
90 milyonluq əhalinin səfərbərlik potensialını yox etmək üçün onillərlə müharibə aparılmalıdır. Yəni 3-cü şərt də real deyil.
4-cü şərtin (ərzaq, yanacaq, silah-sursat və sairin tükənməsi) baş verməsinə isə Çin və Rusiya imkan verməyəcək.
Beləliklə, bu müharibədə İranın təslim olması artıq mümkün deyil. ABŞ-İsrail cütlüyünün nəyə ümid etdiyini bilmirəm. Müharibənin hər keçən günü ABŞ imperiyası “sarayından” azı bir daş düşür. İsraildən danışmıram, çünki ABŞ imperiyası olmasa, İsrail adlı dövlət də olmayacaq.
Asif ŞƏFƏQQƏTOV