Sertifikasiya imtahanında maksimum bal toplayan müəllim qəfil vəfat etdi

Xaçmazda müəllim vəfat edib.

ELAZ.İNFO Oxu.Az-a istinadən xəbər verir ki, Xaçmaz şəhər 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Elnarə Hümmətova bu gün günorta saatlarında öz yaşadığı ünvanda qəfil ürəktutmasından vəfat edib. Müəllim 42 yaşında idi.

Qeyd edək ki, Elnarə Hümmətova sertifikasiya imtahanında maksimum nəticə göstərərək 60 bal toplamışdı.

Bizimlə oxuyun
Verified by MonsterInsights