Uzun müddətdir Dağınıq Skleroz (MS) xəstəliyindən əziyyət çəkən Serdar Ortaç son açıqlaması ilə xəbər başlıqlarına çıxdı. Səhhəti ilə bağlı bəzən pessimist fikirlər səsləndirən sənətçi bu dəfə daha da təəccüblü açıqlamalar verdi.
ELAZ.İNFO xəbər verir ki, sosial mediada canlı yayımları ilə diqqət mərkəzində olan Serdar Ortaç pərəstişkarlarını kədərləndirdi.
Son canlı yayımında Ortaç deyib ki, “Mənə söz verin, bu mahnıları yaşadın. Mən sağ ikən onlar üçün klip çəkməyiblər. Onları heç kimlə paylaşmayıblar.”
O daha sonra qeyd edib ki, “Hər kəs məni müflis etmək üçün əlindən gələni etdi, amma mən hələ də etməmişəm, 35 il keçib.”
Çıxışının sonunda o, pərəstişkarlarını dərindən təsirləndirən “Tezliklə öləcəyəm, bunları hamı ilə paylaşın” deyib.
Günel GÜNTAC