ELAZ.İNFO xəbər verir ki, Serbiyada minlərlə hökumət əleyhinə nümayişçi yenidən küçələrə çıxıb.
Paytaxt Belqradda nümayişlər dinc yolla başlasa da, sonradan xaotik xarakter alıb.
Dinc etirazlar zamanı bir qrupun hakim partiyanın mərkəzi ofislərinə daş atmasından sonra gərginlik artıb.
Polislə nümayişçilər arasında toqquşma baş verib.
Təhlükəsizlik qüvvələri izdihamı gözyaşardıcı qazla dağıtdı.
10 AYDIR ETİRAZLAR DAVAM EDİR
Serbiyada 10 aydır davam edən hökumət əleyhinə etirazlar son bir həftədir ki, zorakılıqla davam edir.
Etirazçılar prezident Aleksandr Vuçiçin də partiyası olan hakim Serbiya Tərəqqi Partiyasının qərargahına basqın ediblər.
Vuçiç partiyanın qərargahına gedib və tərəfdarları ilə görüşüb. O, hökumət əleyhinə nümayişçilərə qarşı sərt tədbirlər görəcəyini də açıqlayıb.
İlahə BAYINDIR