ELAZ.İNFO xəbər verir ki, Serbiya hərbi neytrallığını qorumaq xəttini davam etdirir. Ölkə prezidenti Aleksandar Vuçiç Serbiya Radio və Televiziyasının efirində çıxış edərək rəsmi Belqradın Şimali Atlantika Alyansına (NATO) üzv olmaq niyyətində olmadığını bir daha bəyan edib.
Vuçiç qeyd edib ki, Serbiya NATO ilə korrektiv münasibətlərə malik olsa da, hərbi blokun tərkibinə daxil olmayacaq: “NATO-ya gəlincə, biz müəyyən münasibətlər saxlayırıq, lakin alyansa üzv olmayacağıq. Biz öz neytrallığımızı qoruyacağıq”, – deyə prezident vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl dövlət başçısı may ayında Serbiya və NATO ölkələri arasında birgə hərbi təlimlərin keçiriləcəyini açıqlamışdı. Bununla belə, o xüsusi olaraq qeyd etmişdi ki, Belqrad bu əməkdaşlığa baxmayaraq, 1999-cu ildə alyansın Yuqoslaviyaya qarşı həyata keçirdiyi təcavüzü heç vaxt unutmayacaq.
Serbiya prezidenti həmçinin ölkəsinin güclü orduya malik olduğunu və 1999-cu il hadisələrinin təkrarlanmasına icazə verməyəcəyini bildirib. Hazırda Serbiya həm Qərb, həm də Şərq arasında balanslı siyasət yürütməyə çalışaraq öz suverenliyini qorumağa üstünlük verir.
Ruslan MƏMMƏDOV