Zəhərli əqrəb görüntüsü var bu məhbusun fizionomiyasında…
Bu şəkil bu gün (avqustun 5-i) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə təqsirləndirilən milyarder Ruben Vardanyanın məhkəmə prosesində çəkilib.
Bunun və bununkimilərin erası, dövranı artıq bitib.
Rusiya bunlardan alət kimi istifadə edib, atıb.
Bu mənada separatçılar ilə fahişələr arasında qəribə bir tale oxşarlığı var – hər ikisinin də istifadə müddəti bitdikdən sonra lazımsız əşya kimi atılar və sadəcə unudularlar.
Birbaşa Kremldən təlimat alaraq Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə meydan oxuyan terrorist-separatçı ermənilər də bu gün artıq heç kimə lazım deyil.
Nə Moskva, nədəki İrəvan Rubenin, Araikin gözyaşlarına inanır.
Onlar vaxtilə separatçılığa həvəslə girişib lovğa-lovğa bəyanatlar verəndə bir gün aqibətlərinin bu cürə acınacaqlı sonluqla bitəcəyini heç təsəvvürlərinə belə gətirmirdilər.
Bu gün isə Bakı Hərbi Məhkəməsinin divarları onların peşmançılıqlarına, tövbələrinə və etiraflarına şahidlik edir.
Məhkəmə prosesində iştirak edən zərərçəkmiş şəxslər – erməni zülmünə məruz qalmış azərbaycanlılar isə bu gün bu insanlıq düşmənlərinin üzlərinə tüpürürlər. Bunun özü də ən böyük tarixi mühakimədir…
Bəybala Mirzəyev
Siyasi şərhçi