ELAZ.İNFO xəbər verir ki,SEPAH İsrail yeni müdafiə sistemləri ilə Azərbaycanın yanındadır deyə yenə sərsəmləyir
Təl-Əvivlə razılaşmadan sonra Bakı ən son raketdən müdafiə və hava hücumundan müdafiə sistemlərinin alışını təmin edib.
Bu barədə SEPAH-ın teleqram kanalında məlumat verilib.
“İsrail mənbələrinin məlumatına görə, Bakı Tel-Əvivlə müqavilə imzaladıqdan sonra müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirərək, İsrailin ən son raket və hava hücumundan müdafiə sistemlərinə çıxış əldə edib”,- məlumatda iddia olunub.
SEPAH kanalı Azərbaycan Respublikasına qarşı hədələyici iddialarını təkrar edib:
“Sionistlər Əliyevi həqiqətən fəal şəkildə İranla yeni müharibəyə hazırlayırlar, yoxsa Bakı sadəcə onların oyununun qurbanına çevrilir? Bu dəfə hər iki ilanın başını əzmək bizim borcumuzdur”- deyə SEPAH-a bağlı kanal bildirib.
N.B