SEPAH-dan İsrail və ABŞ-a ağır zərbə: 2 tonluq raketlər dövrəyə girdi

ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdə gərginlik pik həddə çatıb. İranın rəsmi dövlət televiziyasının yaydığı məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail və ABŞ-ın hərbi obyektlərinə qarşı genişmiqyaslı raket hücumu həyata keçirdiyini elan edib.

SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, “Doğru vəd – 4” əməliyyatının 43-cü mərhələsi çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının bazası və bir sıra digər Amerika hərbi obyektləri hədəf alınıb. Eyni zamanda İsrailin Təl-Əviv və Eylat şəhərlərinə zərbələr endirilib.

Hücumda istifadə olunan silahlar texniki göstəriciləri ilə diqqət çəkir: “Khorramshahr” raketləri: 2 tonluq dağıdıcı döyüş başlığı ilə təchiz edilib. “Emad” və “Kheibar Shekan” raketləri: 1 tonluq döyüş başlıqları ilə hücuma cəlb olunub.

Bu hücum İranın regiondakı hərbi əməliyyatlarının növbəti mərhələsi kimi qiymətləndirilir. Rəsmi Tehran bu addımı “cavab tədbiri” adlandırsa da, hərbi ekspertlər 2 tonluq döyüş başlıqlarının istifadə edilməsini münaqişənin yeni və daha təhlükəli müstəviyə keçməsi kimi xarakterizə edirlər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights