Seleksiya xarakterli oyun keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, Bakıda UEFA-nın Elit Məşq Layihəsi çərçivəsində seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir.
Toplanışda layihənin 6 regional məntəqədən seçilmiş 26 futbolçu və 8 məşqçi iştirak edir. Təlim prosesi çərçivəsində ümumilikdə 8 məşq və bu gün saat 11:00-da, ikitərəfli yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, təlim-məşq toplanışında UEFA-nın nümayəndəsi Milenko Acimoviç də iştirak edir. Elit məşq layihəsi gənc futbolçuların potensialının üzə çıxarılması və onların inkişafına yönəlmiş mühüm proqramlardan biridir.

Nadir HÜSEYNOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights