yaxud, çirkin erməni məkri
(Olmuş hadisə)
1959-cu ildə, biz tələbələri o zamankı sovet tədris islahatına uyğun olaraq Bakı şəhərindəki Tikinti İdarələrinin inşaat briqadalarına bölüşdürmüşdülər. Biz, birinci kurs tələbələri 1 il gündüz işləməli, axşam oxumalı, təcrübə toplamalı və sonra əyani şöbədə təhsilimizi daha 4 il davam etdirməliydik.
1960-cı ilin əvvəllərində iki tələbə, bir usta və bir sürücü olmaqla bizim manqamız Bakının mərkəzi küçələrindən hesab olunan Xaqani küçəsində təmir-bərpa işlərilə məşğul idi. Əslində, o zaman mövcud olan tramvay xəttini sökməklə məşğul idik. Əvvəllər bu küçədən keçən tramvay yolunun dəmir relsləri texniki vasitələrin köməyilə götürülmüşdü. Biz isə yola tökülmüş daş-kəsəyi, şpal qırıntılarını təmizləyir və səki daşlarını çıxarırdıq. Dəmir yol Vağzalının qarşısından başlanan işimiz Nizami kinoteatrının yaxınlığından keçib Malakan (“9 Yanvar”) bağının yanına çatmışdı. Burada, digər bir briqadanın üzvləri bağın hündür dəmir hasarını sökməklə məşğul idilər.
Ustamız əslən Bakılı idi və biz ona Əli dayı- deyə müraciət edirdik. Əli dayı 65-70 yaşlarında olardı. Amma çox gümrah və sağlam idi. O, lomla səki daşlarını söküb yerdən çıxarır, biz isə onları maşına yükləyirdik. Bir gün, günortaya yaxın idi. Bir də onu gördüm ki, Əli dayı səkidə, ikimərtəbəli binanın divarına söykənib çömbəlib oturdu və nə səbəbdənsə hönkür-hönkür ağlamağa başladı. Əvvəlcə fikirləşdim ki, deyəsən Əli dayı lomla ayağını əzib. Ona yaxınlaşdım. Onun qucağında, dizlərinin üstündə və sinəsinə sıxılmış bir səki daşı var idi.
– Əli dayı, sənə nə oldu ?– deyə soruşdum.
– Bala, sən baş qoşma, sən belə şeyləri bilməzsən.
O ağlamağa davam etdi. Mən isə əl çəkməyib soruşurdum:
– Axı nə olub? Bir yerin əzilib, yoxsa…
Çox çəkmədi ki, ərtafdakılar da, Əli dayını əhatəyə aldılar və sorğu-suallar çoxaldı. Əli dayı isə hönkürtüsünü saxlayıb, acı söyüşlər söyməyə başladı. O Sovet hökumətini və daşnak erməniləri söyürdü. Və nəhayət söyüşlərə ara verib dedi:
-Bu qucağımdakı daş mənim babamın baş daşıdır. Çəmbərəkənd qəbristanlığında dəfn olunmuş babamın baş daşı burada ayaqlar altına döşənib. Və yenə söyüşlər yağdırdı: Əclaflar, qərəzkar alçaqlar! Daşnak köpək uşağı! Görüm belə hökumətin daşı-daş üstə qalmasın! Bu insan cildinə girmiş iblislər 1905-ci ildə öldürdükləri babamın Çəmbərəkənd qəbristanlığındakı qəbrini dağıdıb başdaşını da ikiyə bölüb burada ayaqlar altında basdırıblar ki, bizlər onu ayaqlayıb təhqir edək…Tfu… sizin murdar qanınıza, alçaq niyyətinizə!!! Tfu… Tfu… Tfu…
Onun qucağındakı daşda ərəb əlifbası ilə yazılmış yazılar və “1905” rəqəmi açıq-aşkar görünürdü. Başdaşının ikinci yarısı yox idi.
Adamların toplanması, sorğu-sualların çoxalması və yəqin ki, aldığı mənəvi zərbə Əli dayını sarsıtmışdı. O cəld ayağa durub, haradansa tapdığı parça ilə daşı bürüyüb götürüb işdən getdi. O gündən Əli dayı bir daha işə gəlmədi. Axı o, hökuməti də söymüşdü…
Çox-çox sonralar, 1990-cı ildə Bakıda törədilən 20 Yanvar qırğınının üşüncü günü- şəhidlər torpağa tapşırılanda öyrəndim ki, Kirov parkı deyilən yer, heç də park deyilmiş. Sovet hökuməti Çəmbərəkənd məzarlığını parka çevirib oradakı məzarların üstündə rəqs meydançaları qurub və qəbirstanlığı əyləncə yerinə çevirib. Bu, ölənlərin ruhlarının, sağ qalanlarin isə mənəviyyatlarının təhqir olunmasına yönəldilmiş iyrənc bir niyyətin gizli icrası olmuşdur. Heç bir şübhə yoxdur ki, məzarlığın parka çevrilməsinin “ideya atası”, təşəbbüskarları və icraçıları, o zaman Bakıda yuva salmış, bolşevik cildinə girmiş və dövlət orqanlarına soxulmuş daşnak ermənilər olmuşlar! Buradakı məzarlara qoyulmuş baş daşları isə erməni daş ustaları tərəfindən sökülüb doğranaraq şəhərin küçələrinə səki daşı kimi döşənmişdir. Belə alçaq niyyət, insanlığa və mənəviyyata sığmayan mənfur əməl yalnız murdar xislətli ermənilərin ağlına gələ bilərdi…
O zaman başa düşdüm ki, Əli dayı nə üçün Sovet hökumətini və erməniləri söyürmüş.
Ağasəf İMRAN