Səbəb Rejimin Hakimiyyət İnadıdır

İranın Tasnim İA, qəzeti axşam saatlarında koalisiya qüvvələrinin İsfahan əyalətindəki Mobarakeh Steel zavoduna kütləvi hücumu barədə məlumat verib. Dağıntı, yanğın çoxdur

ELAZ.İNFO xəbər verir ki, Mobarakeh Steel yalnız sıradan bir müəssisə deyil də, bütün Yaxın Şərqin ən böyük polad istehsalı nəhəngidir. Həmin zavod İranın ixrac gəlirlərinin əhəmiyyətli bir hissəsini təşkil edir, lakin onun əsas faydalananı terror təşkilatı elan edilmiş SEPAH-ın iqtisadi strukturlarıdır.

Məhz zavodun SEPAH maliyyə imperiyasına dərin inteqrasiyası onu sırf mülki bir obyekt statusundan məhrum edib və qanuni strateji hədəfə çevirib. SEPAH İran’da dövlət içində dövlətdir, öz hərbisi, iqtisadiyyatı, maliyyəsilə.

Sadəcə heyf, İran xalqına qalacaq sənaye və sair infrastrukturların bu cur dağıdılmasına. İran rejimi hakimiyyətdən inadla əl çəkmədiyi hər gün, özünün də, ölkənin də dağılması və hətta parçalanma ehtimalını yaradır. Yəni bu müdhiş gedişat İranın parçalanmasını gətirər.

Çünki, hər keçən gün ağır zərbələr, neft ixracı qapanması iqtisadi zəifliyindən, ölkə idarəçilik mərkəzi zəifləyir çökür. Və mərkəzdənqaçma, hakimiyyətin parçalanması prosesi gedir. Belə halda mərkəzdəki parçalanma əyalətlərə, həm də etnik bölgələrə sirayət edə bilir. Xüsusilə də, quru qoşunlar hücumunda, ərəblər və həm də Pakistan, sair (ola da bilsin, Türkiyə) koalisiya birliyinə qoşulsa, onların İrandakı etnik çoxluğ təşkil edən milli soydaşları olan bölgələr məhz həmin parçalanmaların kökündə dayana bilər!

Buna səbəb məhz Rejimin hakimiyyət inadıdır. Bu gün hakimiyyəti ABŞ təmini ilə xalqa versə, yeni xalq hökumətilə İranın bütövlüyü qorunar. Rejim: mən yoxam, İran da olmasın, desə, heç.

Tezliklə bu müharibənin bitməsi lazımdır, İran xalqının rejimdən azad olması ilə. Və bölgədə ölkələrin, xalqların sabitlik, sülh, əməkdaşlığı!

İlqar ALTAY

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights