ELAZ.İNFO xəbər verir ki, bu günlərdə Azərbaycan xanımlarının min illərin qoynundan sıyrılıb gələn, böyük tarixə malik, həmçinin ecazkar baş örtüyü olan kələğayının fədakar təbliğatçısı Güllü Eldar Tomarlı haqqında “Sazın, sözün kəlağaylı Güclüsü” adlı kitab işıq üzü görüb. Kitab Güllü xanımın 55 illiyinə həsr olunub.
Kitabı Vaqif Osmanlı qələmə alıb. Bununla əlaqədar Güllü xanımla həmsöhbət olduq. Güllü xanım bildirdi ki, “Ömür yolumda tanıdığım, tanıdığıma sevindiyim, saflığına, halallığına heyran olduğum, heç vaxt unutmadığım insanlar çox oldu. Onlardan biri də Vaqif Osmanlıdı. Uğur, can sağlığı diləyirəm. Türkiyədə keçirilən Uluslararası Türk Dünyası Simpoziumunda daha yaxından tanıdım, yol yoldaşı olduq. Hər zaman balası kimk qayğımı çəkdi, sayğı göstərdi. Tez – tez ədəbiyyat haqqında söhbətlərimiz olurdu və hərdən qəribə suallar da verirdi, sonralar başa düşdüm.
Dedi ki, sənin haqqında kitab yazmaq istəyirdim, əvvəlcədən demədim ki,sən rahat olasan, istədiyim sualların cavabını ala bilim”.
Güllü xanım qeyd etdi ki, «doğrusu, Vaqif Osmanlı təklifi idi bu təklif. Razılaşdım. Bəlkə də başqa kimsə desə razılaşmazdım, mən özümdən qaçan adamam. Hamıdan yazsam da, məndən yazmaq istəyənlərdən qaçıram. Ümumi iş üçün müsahibə verməyə həmişə hazıram, bilirəm ki, özümdən yox, gördüyümüz işlərdən danışacam”.

G. E. Tomarlı sözünün sonunda söylədi ki, “mən ad günümü heç vaxt qeyd etmirəm.
Vaqif Osmanlının 55 illik yubileyimə həsr etdiyi “Sazın, sözün kəlağaylı Güclüsü” kitabı mənə böyük hədiyyə oldu. Nə yaxşı həyatda yaxşı insanlar var”.
İlahə BAYINDIR