Saxta alkoqollu içkilər aşkarlanıb

ELAZ.İNFO xəbər verir ki, Füzuli şəhəri, H.Əliyev prospektində yerləşən “Səma” marketdə Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin RPŞ-nin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Baxış zamanı marketdə müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb. İçkilərin orijinaldan fərqli doldurulduğu, başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixlərinin qeyd edilmədiyi, köhnə etiketin üzərindən yeni etiketin vurulduğu müəyyən edilib.

Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, məhsullar satışdan kənarlaşdırılıb. Araşdırmalar davam etdirilir.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights