ELAZ.İNFO
ŞƏT-nın avqustun 31-dən sentyabrın 1-nə qədər Tyantszin şəhərində keçirilən sammiti, çox çətin proseslərdən keçən yeni dünya nizamının qurulması dövründə olduqca əhəmiyyətli siyasi, diplomatik və geosiyasi məna yükü daşıyan hadisədir. Birinci güc mərkəzinin (ABŞ, İngitərə, qərb) subyektləri və onların tam təsiri altında olan ölkələrdən başqa, bütün ikinci və üçüncü güc mərkəzi (Rusiya, Çin) və tam müstəqil siyasət aparmaq iddiyası ilə siyasət aparmaq əzmində olan cəmi 20 ölkə və çoxsaylı beynəlxalq təşkilatlar sammitdə iştirak edib. Sözsüz ki, sammit iştirakçı ölkələr arasında siyasi və iqtisadi münasibətləri, loqistik imkanları daha da genişləndirmək üçün böyük əhəmliyyətə və imkanlara malik olan beynəlxalq toplantıdır.
Bu sammitə ənənəvi geosiyasi müharibələr prizmasından baxsaq, görmək olur ki, sammit iki və daha çox küc mərkəzi arasında aparılan mübarizənin tərkib hissəsidir. Bu sammitdə iştirak edən özünü müstəqil güc mərkəzi və müstəqil qütb hesab edən Rusiya və Çin rəhbərlərinin çıxışlarına diqqət etdikdə mübarizənin gərgin aparıldığı bir daha görünür. ÇİN KP-nın sədri Si Çinpin; “Bütün ölkələrlə birgə işləyərək daha ədalətli və bərabər hüquqlu qlobal idarəetmə sistemini və həm də bəşəriyyətin taleyi haqqında təşkilatın yaradılması təşəbbüsü ilə təklif edirəm.” Çin rəhbəri yeni, daha ədalətli qlobal idarəetmə konsepsiyası təklif edir. Rusiya Federasiyasının Prezidenti V. Putin; “Cənab Si Çinpin daha effektli və funksional qlobal idarəetmə sisteminin yaradılması haqqında təklifini diqqətlə dinlədik və dəstəkləyirik. Bu təklifi müzakirə etməyə hazırıq. Düşünürəm ki, ŞƏT daha ədalətli və bərabər hüquqlu qlobal idarəetmə sisteminin yaradılması üçün, lider rolunu üzərinə götürə bilər. Bu, beynəlxalq hüququn və BMT nizamnaməsinin əsasını təşkil edə bilər.” Bu birbaşa iki böyük və güclü dövlətin geosiyasi rəqiblərinə açıq mesajıdır. Çinin Pekində Yapon imperialistləri üzərində qələbənin və ikinci dünya müharibəsində qələbənin 80-ci ildönümü münasibətilə nüvə silahlarının da nümayiş etdirdiyi hərbi paradın keçirilməsi də, birbaşa rəqiblərə öz gücünü, niyyətini, əzmini göstərməkdir. Hələ 2019-cu il avqustun 14-dü Pekində “dünya çox qütblüyü”nə həsr olunmuş beynəlxalq konfrans da geosiyasi rəqiblərdən özlərini qorumaq və çox qütblüyü təşviq etməklə dünyada tərəfdarlarını artırmaq məqsədi güdürdü. Düşünürük ki, BRİCS beynəlxalq dövlətlər qrupunun yaradılmasında da, Rusiya və Çin eyni məqsədlə apardıqları ümumi mübarizələrinin tərkib hissəsidir. Məqsəd özlərini daha güclü və dünya maliyyə sisteminə nəzarət edən rəqiblərdən qorumaqdır. Məqsəd özlərini zəifləyib dağılmaqdan qorumaqdır. ŞƏT-nın son sammitində də əsas məqsəd daha da güclü olaraq, ətrafını gücləndirməklə rəqibinin güclü təzyiqlərini yox etməkdir.
Məhz bu geosiyasi müharibələrin aparıldığını gözəl bilən Ulu Öndər Heydər Əliyev Türk Dövlətləri Təşkilatıın əsasını qoydu və ilk toplantıları keçirtdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ neçə il əvvəl BMT-nin yenilənməsinin və Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsinin təklifini vermişdir. Bu gün ŞƏT-nın bu işə liderlik etməsini Rusiya Prezidenti öz adından deməyə cəsarət etmədi. O qeyd edib ki, bu işi ŞƏT etsin. Rusiya da, Çin də özlərini, qüdrətlərini rəqiblərindən ehtiyatla qoruyurlar.
Bu gün olan beynəlxalq vəziyyətin tarixinə çox qısa nəzər salaq. 1930 cu ildə ABŞ, İngiltərə Yaponiya dəniz anlaşması bağlayırlar. 1931-ci ildə Yaponiya Çinə hücum edir. Manju ərazisini tutur. Çin Yapon müharibəsi 14 il 1945-ci ilə qədər davam edir. 1937-ci ildə SSRİ Çinlə müqavilə bağlayır. 1938-ci ildə Stalinin əmri ilə SSRİ Yaponiya sərhəd qoşunlarını təyyarələrlə bombalayaraq yox edir. Bu gün də əvvəlki rəqiblər qarşı qarşıyadır. Eynilə Azərbaycanın və bütün tarixi Türk dövlətləri belə amansız geosiyasi müharibənin nəticəsində zəifləyib yox olub. Böyük coğrafiyaya malik olan Qacarlar dövlətimiz sadəlövh olduğumuzdan farslaşdırıldı. O zaman biz geosiyasi mübaribələrin fərqində olmamışıq. Amma bu gün Rusiya da, Çin də bunun fərqindədirlər. Ona görə də özlərini bütün vasitələrdən istifadə edərək dağılmaqdan qoruyurlar.
Bu gün bütün Türk dövlətləri də bu amansız və əbədi olaraq aparılan geosiyasi mübarizənin fərqindədirlər. Ona görə də qütbləşmə zamanın hökmüdür. Türk dövlətlərinin və Türk dünyasında olan bütün Türk xalqlarının hüquqlarını və haqlı maraqlarını qorumaq üçün mütləq TDT-nı hər gün gücləndirməliyik ki, bütün güc mərkəzləri onunla hesablaşmağa ehtiyac hiss etsin!
Tahir Ələkbərov