Qarabağ FK – ın qazandığı qələbə sadə idman qələbəsi deyil. Əgər yadınızdadırsa, hələ Çempionlar Liqasının təsnifat mərhələsində Avropa klubları Azərbaycan klubuna, Qarabağa qarşı aşağılayıcı münasibət sərgiləyib, bizi ruhdan salmağa çalışıblar. Ferensvaroş – un komandamızı Ermənistan klubu kimi təqdim etməsi, baş məşqçinin yekəxanalığı, Qarabağa yuxarıdan baxması, bundan əvvəl isə Şkendiyanın prezidenti Cici Bekalinin Qarabağ haqqında dediklərini unutmadıq. Cavab olaraq rəqiblərini rüsvayçı məğlub edən Qarabağ əsas mərhələyə vəsiqə qazanıb ən güclü 36 komandadan biri oldu. Qarabağ Portuqaliyanın Benfikası ilə ilk oyunu öncəsi Lisabonda Qarabağın, Qurban Qurbanovun mətbuat konfransında baş məşqçimizə qarşı ədəbsizlik də gördük.
Ancaq, Qarabağ ədəbsizlik edən bütün rəqiblərini onların davranışına, özünün isə zəfərinə uyğun məyus etdi, döyüş meydanında olduğu kimi ağ bayraq qaldırmağa məcbur etdi. Qarabağımız futbol klubu deyil, xalqımızın mübarizlik, zəfər simvoludur. Bizi ələsalanlar mütlət kapitulyasiya edilir. Bunu biz bütün dünyaya da sübut etmişik.
Birdə, bizi 11 dəfə ağladan o Santuş Portuqaliyada, Portuqaliya nəhəngini dizə çökdürən Qurban Qurbanovun kursun keçsə yaxşı olar.
Qarabağ bizim təkcə futbol klubumuz deyil. Qarabağ bizim Milli ruhumuzdur.
Əhsən Qarabağ!
Təşəkkürlər Qurban Qurbanov!
Vüqar DADAŞOV