İspaniya 16 yaşdan kiçiklər üçün sosial media platformalarına girişi qadağan etməyi planlaşdırır. Elon Musk İspaniya Baş nazirini “tiran” adlandıraraq plana qarşı çıxdı.
ELAZ.İNFO xəbər verir ki, İspaniyadakı Pedro Sançez hökuməti 16 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan etməyi planlaşdırır. Sançez sosial medianı “rəqəmsal vəhşi qərb” adlandırdı və məhdudiyyətlərin tətbiq olunacağını bildirdi.
Qanun layihəsinə görə, İspaniyada 16 yaşdan kiçiklər üçün sosial media platformalarına giriş bağlanacaq. Meta, TikTok və X kimi sosial media nəhəngləri nifrət nitqinə və zərərli məzmuna görə birbaşa məsuliyyət daşıyacaqlar. X-in süni intellekt mühərriki Grok tərəfindən son həftələrdə yaradılan şəkillər də daxil olmaqla, qanun pozuntuları da prokurorluq tərəfindən araşdırılacaq.
Ipsos-un araşdırmasına görə, İspaniya ictimaiyyəti bu qadağaları qəbul edir. 14 yaşdan kiçik uşaqların sosial mediadan tamamilə qadağan edilməsini istəyənlərin faizi 2024-cü ildəki 73%-dən 82%-ə yüksəlib.
İlahə BAYINDIR