ELAZ.İNFO xəbər verir ki, Bakıda İrandan gələn 11 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bakının Nəsimi rayonunda İrandan gələn 11 kiloqram narkotik vasitə aşkarlanıb.
Tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb.
Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Aydan