Şamaxı və Ağsuda ard-arda zəlzələlər qeydə alındı

Bu gün səhər saatlarında Azərbaycanın seysmik aktiv zonalarından olan Şamaxı-Ağsu bölgəsində yerin təki yenidən hərəkətə gəlib. Sakinlər tərəfindən hiss olunan təkanlar bölgədə qısa müddətli həyəcana səbəb olub.

ELAZ.İNFO Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, əsas təkan Ağsu rayonu ərazisində qeydə alınıb. Saat 07:56 radələrində. Gücü: 3,8 maqnitudalı zəlzələnin episentri Ağsu rayonu (Pirqulu stansiyasından 12 km cənubda) olub. Hiss olunma dərəcəsi: Episentrda 4 bal, ətraf yaşayış məntəqələrində isə 3-4 bal gücündə hiss edilib. Yerin 6 km dərinliyində baş verən zəlzələ fəsadlara yol açmayıb.

Maraqlıdır ki, bu təkan bölgədəki ilk hadisə deyil. Bundan bir qədər əvvəl Şamaxı rayonunda da bənzər gücdə (3,7 maqnitudalı) zəlzələ qeydə alınmışdı. Şamaxıdakı zəlzələnin ocağı yerin 9 km dərinliyində yerləşib. Mütəxəssislər bu kiçik maqnitudalı təkanların gərginliyin boşalması baxımından təbiiliyini qeyd edirlər. Hazırda hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb.

Ruslan MƏMMƏDOV.

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights