Salyanda Şahmat Birinciliyinə Yekun Vuruldu.Şəhid Fikrət Mustafayevin Xatirəsi Yad Edilib

Salyan Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şahmat üzrə rayon birinciliyi başa çatmışdır. Fevralın 6-dan start götürən yarış Birinci Qarabağ Müharibəsi şəhidi Fikrət Mustafayevin əziz xatirəsinə həsr olunub.

Turnir Salyan Rayon İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmişdir. Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məhərrəm Məmmədov – Salyan RİH-nin sektor müdiri, Elmar Əbilov – Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin sektor müdiri; Bilal Ələkbərov – Salyan Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru çıxışlarında bu cür turnirlərin gənclərin intellektual inkişafında və vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını vurğulayıblar.

Gərgin keçən idman mübarizəsinin sonunda yüksək nəticə göstərən şahmatçılar müəyyənləşib. Birinciliyin qaliblərinə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən: Diplomlar Medallar təqdim olunmuşdur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights