ELAZ.İNFO xəbər verir ki, Salyanda son 5 ildə təqribən 1,1% artım olub bu isə
1 ilə təqribən 0,22% edir. Nəzərə alsaq ki, Salyanın bir çox rayonlarla nisbətdə imkanları sosial-iqtisadi, mədəni imkanları yüksəkdir, o zaman belə qənaətə gəlmək olar ki, başqa ucqar və iqtisadiyyatı zəif olan rayonlarda artım yox dərəcəsindədir.
Bəs səbəb nədir???
Bir həvəskar araşdırmaçı kimi bunun səbəblərini araşdırmağa çalışacam.
-Deyək ki, uşaq dünyaya gətirmək üçün bütün imkanlar yerindədir, yerdə qalır hər iki valideynin sağlamlığı. Bunun üçün əlbəttə ki, baş vurmalıyıq tibb müəssisəsinə.
Bəs tibb müəssisələri bizi qəbul edə biləcəkmi?
Əhalinin sayı 2023-cü ilə qədər:

Yaranma tarixi: – 08.08.1930
*Ərazisi: -1,60 min km2
*Əhalinin sayı: -139,3
- Əhalinin sıxlığı: -1km 2 87 nəfər
Salyan rayonu ilə Bakı şəhəri arasında olan məsafə – 126 km
*İnzibati ərazi vahidlərinin sayı:-20
*Şəhər – 1, qəsəbə – 2,
Kənd yaşayış məntəqələri – 48
Ümumi məlumat:
Salyan rayon əhalisinin sağlamlığını qorumaq məqsədi ilə rayonda 2 xəstəxana, 26 həkim, 21 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Məntəqəsi, Profdezinfeksiya şöbəsi.
Rayonun tibb müəssisələrində 211 həkim, 734 orta tibb işçisi çalışmışdır.
Nəzərə alsaq ki, Salyan rayon xəstəxanasında 4 USM aparatl xidmət göstərir, onların da hərəsinin 10 xəstə limiti var, deməli belə başa düşülür ki, hər xəstə təxminən 20 dəqiqə müayinə olunursa, deməli, təqribən 9-da işə gəlmiş tibb işçisinin 13⁰⁰-da iş saatı bitmiş sayılır.
Bəs tibbi sığorta bu işdə nəyə yarayır?
Bu gün bütün arayışları həkim verir. Bu arayışı almaq üçün isə tibbi sığortanın həkimin adına olan talonunu almalısan. Bu talonda isə sənin növbən, sıran qeyd olunur. Deməli, xəstə də, traktor üçün sürücülük vəsiqəsi alan da, taksi sürmək üçün icazə alan da eyni həkimin qapısında növbədə durmalıdırlar. Bunlar əhalidə, xüsusilə xəstələrin ciddi narazılığına səbəb olduğu üçün azalmanın ən sadə səbəbi düşünürəm ki, buradan başlaya bilər.
Bəs Salyan ətrafı, vaxt ilə möhtəşəm inşa edilmiş, bu gün də standartlara cavab verən, lakin ilk baxışdan xarabalığı xatırladan xəstəxana binaları niyə köməkçi bina kimi fəaliyyət göstərmir? Bunların xaraba qalmasında kimlər maraqlıdır?
P.S. Qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq.
Vətəndaş mövqeyi ilə: – Ruslan Məmmədov