ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində “insan kapitalı” dayanır. Ölkə başçısının “Biz neft kapitalını insan kapitalına çevirməliyik” strateji hədəfi bu gün Azərbaycanın hər bir guşəsində, xüsusən də gənclərin peşə hazırlığı və məşğulluq imkanlarının genişləndirilməsində öz parlaq təzahürünü tapır.
Cənab Prezidentin tapşırıq və tövsiyələri əsasında ölkədə peşə təhsilinə münasibət kökündən dəyişmişdir. Bu gün peşə məktəbləri artıq sadəcə təhsil müəssisəsi deyil, əmək bazarının tələblərinə cavab verən, müasir texnologiyalarla təchiz olunmuş yüksək ixtisaslı kadr ocaqlarıdır. Dövlət başçısının təhsilə ayırdığı xüsusi diqqət sayəsində gənclərimiz artıq diplom naminə deyil, real peşə və sənət sahibi olmaq, ölkə iqtisadiyyatına töhfə vermək üçün peşə təhsilinə üz tuturlar.
Ölkə rəhbərliyinin bu ali diqqətinin regional səviyyədəki ən uğurlu nümunələrindən biri məhz Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyidir. Cənab Prezidentin məşğulluq haqqında verdiyi tapşırıqların icrası olaraq, bu təhsil ocağı regionun sənaye potensialını kadrlarla təmin edən mühüm mərkəzə çevrilib. Liseydə yaradılan müasir laboratoriyalar və emalatxanalar dövlətin təhsilə ayırdığı investisiyanın bariz göstəricisidir.
Ölkə başçısının tapşırığına uyğun olaraq, burada təhsil alan gənclər istehsalat təcrübəsi vasitəsilə birbaşa əmək bazarına inteqrasiya olunurlar. Prezident İlham Əliyevin hər bir vətəndaşın işlə təmin olunması və onların sosial rifahının yüksəldilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr Salyanda peşə təhsili ilə birbaşa əlaqələndirilir. Dövlət başçısının diqqəti sayəsində gənclər artıq peşə məktəbini bitirdikdən sonra işsiz qalmır, əksinə, yüksək əmək haqqı ilə təmin olunan peşəkar mütəxəssis kimi fəaliyyətə başlayırlar.
Nəticə olaraq deyə bilərik ki, Salyandakı peşə təhsili mühiti dövlətimizin təhsilə və gələcəyimizə verdiyi böyük önəmin simvoluna çevrilib. Bu uğurlu siyasət regionlarda işsizliyin aradan qaldırılmasına, gənclərin asudə vaxtının səmərəli təşkilinə və bütövlükdə güclü Azərbaycan iqtisadiyyatının qurulmasına xidmət edir.
Ruslan MƏMMƏDOV