Salyan əhlinə şad xəbər var

ELAZ.İNFO xəbər verir ki, bir neçə gündür Salyan rayonunda elektrik enerjisinin verilməsində yaranmış fasilələr haqlı olaraq sakinləri narazı salıb, xüsusilə də 12 noyabrda qeydə alınan kəsinti.
Dəfələrlə mütəmadi olaraq adı çəkilən ərazilərdə bu problem yaşansa da son vaxtlar daha ciddi hal almışdır.

SONDA MÜJDƏ

Salyanın bir sıra kəndlərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranıb. Dövlət proqramı çərçivəsində günəş elektrik stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində trassa “Azərişıq” ASC-nin 35 kV-luq hava xətləri ilə kəsişir. Bununla əlaqədar olaraq 12 noyabr tarixində saat 09:30-dan 13:30-dək Salyanın Qırxçıraq, Seydan, Parçaxalac, Pratman, Gəncəli, Həsənli, Bəşirabad, Şəkərli, Yenikənd, Kürsəngi, Abad, Xalac və Kolanı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri tamamlandıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights