Salih Müslim: -“Ölkədə tam mərkəzləşdirilmiş sistemə qayıtmağı heç vaxt qəbul etməyəcəyik”

ELAZ.İNFO xəbər verir ki, Suriyada aparıcı kürd siyasi hərəkatı olan Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri və prezident şurasının üzvü Salih Müslim ölkədə tam mərkəzləşdirilmiş sistemə qayıtmağı heç vaxt qəbul etməyəcəklərini bildirib.
Salih Müslim “Kürdüstan Nwe” qəzetinə verdiyi eksklüziv müsahibəsində “Suriyanın yeni hökuməti mərkəzsizləşdirməni tanımaqdan imtina edərsə, biz müstəqillik tələb etmək məcburiyyətində qalacağıq” deyib.
Müslüm həmçinin Suriya Demokratik Qüvvələrinin (SDQ) dağılmasının qəbuledilməz olduğunu vurğulayaraq, “Bölgəmizi öz qüvvələrimiz qorumalıdır; SDQ-nin yaradılmasının əsl məqsədi budur” deyə xəbərdarlıq edib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights