Azərbaycan xalqının böyük oğlu İmadəddin Nəsimi çox şərəfli ömür yaşamış, sağlığında şəxsiyyətinin nüfuzu ilə iqtidarda olanların və kütlələrin rəğbətini qazanmış bir şəxsdir.
Ölümündən sonra da övliya statusu qazanmış, çoxsaylı əsərlərdə kəramətindən bəhs olunmuşdur. Məzarı ziyarətgah olmuş, xatiri əziz tutulmuşdur. Onu özünün seçdiyi, yolunda qurban getdiyi torpaqdan ayırıb gətirmə cəhdləri nə elmə, nə dini dəyərlərə, nə tarixi həqiqətə uyğun gəlir. Onu yüzillər boyunca sahib olduğu övliya statusundan ayırıb sadəcə şair kimi yenidən dəfn etmə təşəbbüsü cahillikdən başqa bir şey deyil. Nəsimi özünü bu gün adlandırılan kimi filosof adlandırmırdı, o, arif idi, şair idi, din alimi idi. Bu özəlliklərdən xəbərsizlər şair deyib sadəcə bir tərəfini görürlər…
Son sözüm: şairimizin məzarı hazırda müəyyən bərpa işlərinə möhtacdır, yerdəyişməyə deyil.
Səadət ŞIXIYEVA