“Şah ölüm” filmi tamaşaçılara təqdim olunacaq

ELAZ.İNFO xəbər verir ki, sentyabrın 11-də, saat 20:40-da MetroParkda Zəka Vilayətoğlunun tarixi romanı əsasında çəkilmiş “Şah ölüm” filmi tamaşaçılara təqdim olunacaq.

Film XIX əsrin sonu – XX əsrin 30-cu illərində Gədəbəydə yaşamış, Qori Seminariyasında təhsil almış, erməni daşnaklarına və Şura hökumətinə qarşı mərd mübarizə aparmış Məcid ağa Şəkibəyovun şərəfli həyat yolundan bəhs edir.

Son anda belə geri çəkilməyən qəhrəman, təslim olmaq əvəzinə şərəfli ölümü seçmiş, tüfənginin qundağına “Məcidi Məcid öldürdü” sözlərini yazaraq, iki güllə ilə öz həyatına son qoymuş və əbədiyyətə qovuşmuşdur.

Bu film Azərbaycan tarixinin unudulmaz igidlərindən birinin mübarizə yolunu əks etdirməklə, insanı həm düşündürür, həm də ilhamlandırır.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights