Şah İsmayıl Xətainin saray Aşpazının kitabındakı xörəklərimizin adları

Babamız Şah İsmayıl Xətainin saray Aşpazının kitabındakı xörəklərimizin adları.

Kitab 1521-ci ildə yazılıb. 134 xörək verilib. Əlavələr də var. Hələ pomidor, qarğıdalı, kartof və s. yoxdur. Amma yalnız sarayda 134 ləzzətli yemək bişirilir.

İndi bu xörəklərin adlarının identifikasıyası, o dövrdəki ocaqların və qabların imkanlarına uyğun ilkin variantlarının bərpası, ərzaqlar arasındakı nisbətlərin tapılması, o dövrdə və ondan əvvəl mövcud digər ədəbiyyatlarda və bu günkü ədəbiyyatda olan xörəklərlə, adlarla, dadlarla, texnologiyalarla müqayisəli təhlili dadlarının, ətirlərinin bu günə proeksiyası, texnoloji təhlillər və düsturların (reseptlərin) tam bərpası üzərində işlənməlidir.

Sizcə bizdə bunu bacaran bir mütəxəssis, texnoloq aşpaz varmı? Buna neçə milyon vəsait, nə qədər zaman, bilik, hövsələ lazımdır?

Bu küy yaratmaq, şou göstərmək deyil əziz və hörmətli həmkarlar.

Milli mətbəxdən danışan, sinəsinə döyən təşkilatlardan bircə xahişim var, mane olmayın, vaxtımı almayın, ayaq altında qalarsınız.

Bunlar siz girən kol deyil!

Tahir ƏMİRASLANOV

Bizimlə oxuyun
Verified by MonsterInsights