ELAZ.İNFO xəbər verir ki, tanınmış rus rəssamı İvan Ayvazovski 1817-ci ilin 29 iyulunda bu dünyaya gəlib.
Ayvazovski sağlığında böyük uğur qazanmış və xalqın rəğbətini qazanmış rəssam idi. O, bütün Avropanı gəzdi, həmçinin Amerika və Afrikaya səyahət etdi.
Onun beynəlxalq incəsənət dairələrində populyarlığının ən parlaq sübutu sağlığında keçirdiyi fərdi sərgilərin sayıdır. O sağlığında özünün 55 sərgisini təşkil etdi.
Ayvazovski demək olar ki, bütün rus ordenləri ilə təltif edilmiş və yüksək “Əsl məxfi məsləhətçi” adına (Rusiya İmperiyasında mülki dövlət iyerarxiyasında ən yüksək rütbələrdən biri) sahib olmuşdur.
Günel GÜNTAC