Sağlam münasibət,sağlam ailə

Ailə daxilində sağlam, dinc və daimi ünsiyyət qurmaq üçün tələb olunan dəyərlərdən biri anlayışdır. Əslində bu gün ailə ünsiyyətində yaşanan ən mühüm problemlər qarşılıqlı anlaşmanın olmamasıdır. Anlamaq üçün özümüzü tanımalıyıq. Çünki özünü tanımaq həm də özünü və ətrafını dərk etmək yolunda mühüm addımdır. Xüsusilə, həyat yoldaşları bir-birlərini olduğu kimi qəbul etməlidirlər. Həyat yoldaşını təbii halında qəbul etmək anlayışın əsasını təşkil edir. Çünki həyat yoldaşlarının yaradıcılıq xüsusiyyətləri, şəxsiyyət və xarakteri, vərdişləri, zövqləri, xasiyyətləri, təhsili və gözləntiləri fərqli ola bilər. Bu fərqlər təbiidir və anlayışla qarşılanmalıdır.Arzuolunmaz temperament əvəzinə arzu olunan temperament vurğulanmalıdır.

Natəvan BƏYDİLİ

Verified by MonsterInsights