Sadiqlik, prinsipiallıq və dövlət qarşısında məsuliyyət hissi əsl vətənpərvərlik nümunəsidir

Cənab general Əli Nağıyevin fəaliyyəti haqqında danışmaq, sözün əsl mənasında, bir dövlətçilik dərsindən bəhs etməkdir. O, Azərbaycan dövlətinin təhlükəsizlik sütunlarından biri kimi illərdir səssiz, lakin dərin iz buraxan xidmətləri ilə tanınır.

Ölkəmizin sabitliyi, milli maraqların qorunması və xalqımızın təhlükəsizliyinin təmin olunması istiqamətində onun rəhbərliyi və strateji düşüncəsi mühüm əhəmiyyət daşıyır. Cənab generalın sadiqliyi, prinsipiallığı və dövlət qarşısında məsuliyyət hissi əsl vətənpərvərlik nümunəsidir.

Azərbaycanın hər bir vətəndaşının rahat və təhlükəsiz yaşaması üçün gecə-gündüz çalışan, dövlətin təhlükəsizliyini şəxsi maraqlardan üstün tutan bu yüksək rütbəli zabitə dərin hörmət və ehtiram düşür.

Cənab general Əli Nağıyevə bu şərəfli və məsuliyyətli yolda möhkəm iradə, yeni nailiyyətlər və daim yüksələn xidmət yolu arzulayırıq. Onun fəaliyyəti dövlətçiliyimizin gücünün və xalqımızın inamının simvoludur.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights