ELAZ.İNFO xəbər verir ki, son günlər “Bavariya” futbol komandasının hücumçusu, seneqallı Sadio Manenin ekranı sınıq telefon gəzdirməsi gündəmdə söz-söhbətə, qeybətə səbəb olub. İllik 10 milyon avro qazanan Sadio Mane nədən özünə bahalı bir telefon almır? Haqqında danışılanlarla bağlı seneqallı oyunçu verdiyi müsahibələrdən birində belə deyib:
-“Mən balaca olanda ailəm aclıqdan ölürdü. Mən çörəkpulu qazanmaq üçün tarlada işləməli idim və yaşamaq bizim üçün çətin idi. Hətta ayaqyalın futbol oynayırdım. Amma indi futboldan kifayət qədər pul qazandığım üçün xalqıma kömək edə bilərəm. Niyə mənə 10 Ferrari, 20 almaz saat və ya 2 şəxsi təyyarə lazımdır? Bu, mənim üçün və ya dünya üçün nə demək olardı? Mən pulumu məktəblər, stadion tikmək, kasıb insanlara paltar, ayaqqabı və yemək təklif etmək üçün istifadə etməyə üstünlük verirəm. Mən Seneqalın ən yoxsul bölgəsinin hər bir sakininə ayda 70 avro verirəm. Dəbdəbəli avtomobillərə və ya evlərə sahib olmağa ehtiyacım yoxdur. Əvəzində həyatın mənə bəxş etdiklərini həmkarlarımla bölüşməyə üstünlük verirəm”.
İslam MAHMUDOV