Sadə konstruksiyalı, ucuz və etibarlı, nisbətən kiçik keçidlər salınsın

İrad 3. Sevindirici haldır ki, son vaxtlar Bakı şəhərində xeyli sayda yeraltı və yerüstü keçidlər salınmışdır və salınmaqdadır. Şəhər daxilindəki keçidlərin dəbdəbəli  və bər-bəzəkli olması da təqdirəlayiqdir. Lakin, şəhərdən kənar magistral yolların üstündən belə dəbdəbəli yerüstü keçidlərin salınması heç də vacib deyildir. Belə ki, mərmərlə bəzədilmiş, şüşə aynabəndli və üstü örtülü keçidlərin tikilməsi həm bahadır, həm uzun vaxt tələb edir, həm də sözün əsl mənasında israfçılıqdır.      

Təkilf.  Yaxşı olar ki, şəhərdən kənar magistral yolların üstündə sadə konstruksiyalı, ucuz və etibarlı, nisbətən kiçik keçidlər salınsın və onların sayı  kifayət edəcək həddə çatdırılsın. Hesab edirəm ki, indi salınan bir keçid körpüsünün pulu ilə 2 və ya 3 belə körpü salmaq olar. Belə halda, bütün zəruri yerlərdə yerüstü keçidlərin  salınması imkanı qazanmaq olar və həm də vətəndaşların  təhlükəsizliyi daha çox təmin edilmiş olar.

Ağasəf İMRAN

İqtisadçı alim

Bizimlə oxuyun
Verified by MonsterInsights