Özbəkistanlı xanəndə Ozoda Nursaidovanın klipində rol alan gənc aktrisa Sabrina Jabborova səhhətində yaranmış problemlərlə əlaqədar olaraq əməliyyat olunmaq üçün anasıyla bərabər İstanbula gedib.
Gənc aktrisanın anası bildirib ki, “qızının əməliyyatı çox mürəkkəb və ağır olub. Əməliyyat üçün tələb olunan pulun 18 min dollarını xanəndə Ozoda Nursaidova ödəyib.
Türkiyədə media turizmi ilə məşğul olan qızım Ulduzaxonun vasitəçiliyi ilə Sabrinanın əməliyyat prosesində Türkiyənin tanınmış mütəxəssis cərrahları iştirak edib. Hazırda Sabrinanın vəziyyəti yaxşıdır, iki ay reablitasiyada olacaq”.
Sabrinanın anası qızının sağalması üçün çalışan cərrahlara, o cümlədən xanəndə Ozoda Nursaidovaya öz təşəkkürünü bildirib.
Sabrina özünün insaqram səhifəsində bildirib ki, “Bütün dünya, Özbəkistan, mənim sağalmağım, əməliyyatım üçün kartıma pul göndərdi. Əvvəlcə onları toplayan bacım Jasminə təşəkkür edirəm. Müalicə, əməliyyat, ailəmi görmək, sərbəst gəzmək və övlad görməyim üçün mənə dəstək verdiniz. Allah sizdən razı olsun!”
Məlumat üçün bildirək ki, Özbəkistan KİV-də yayılan məlumatlara görə, Sabrina Jabborova xanəndə Ozoda Nursaidovanın “Dilbərim” adlı mahnısının çəkilişi zamanı avto qəzaya uğrayıb.
ELAZ.İNFO