Azərbaycan futbolunun inkişaf yolu birmənalı uşaq futbol məktəblərindən başlamalıdır. Gənc istedadların müəyyən edilməsi və yetiştirilməsi əsas prioritet istiqamətlərdən biri olmalıdır.
ELAZ.İNFO-bildirir ki, Xətai Futbol Klubunun direktoru Sabit Coculu özünün sosial şəbəkə hesabında yazıb ki, “Xətai PFK ölkəmizin ən köklü klublarından olan Neftçi PFK ilə qurulan əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq klubumuz üçün təkcə təcrübə qazanmaq deyil, həm də gənc futbolçuların parlaq gələcəyinə atılmış mühüm addımdır. Birgə fəaliyyət çərçivəsində mütəxəssislərimiz üçün müasir metodların mənimsəməsi , uşaqlarımız üçün daha peşəkar hazırlıq proqramlarının tətbiqi və perspektivli futbolçuların vaxtında aşkarlanması mümkün olacaq”.
Sabit Coculu qeyd edib ki, “Gənclər artıq daha geniş imkanlar, daha yüksək standartlar və real karyera perspektivləri ilə qarşılaşacaqlar. Məqsəd birdir: Azərbaycan futboluna yeni ulduzlar qazandırmaq! Əsas hədəfimiz – Uşaqların inkişafı, peşəkar təcrübə və gələcəyə inamdır”.
Günel GÜNTAC

