Sabirabadda 11 kilometrlik kəndlərarası yol təmir edilib: Sakinlərin gediş-gəlişi rahatlaşır

ELAZ.İNFO xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun bir neçə kəndini birləşdirən mühüm yol infrastrukturunda cari təmir işləri başa çatıb. Sakinlərin, xüsusilə Cavad və Yolçubəyli kənd inzibati ərazi dairələrini əhatə edən kəndlərin əhalisinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə genişmiqyaslı işlər görülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “34 №-li Yol İstismarı” MMC tərəfindən icra olunan işlər çərçivəsində, ümumi uzunluğu 11 km olan Cavad-Yolçubəyli-Narlıq-Qarabucaq kəndlərarası avtomobil yolu cari təmir olunub. Təmir prosesində yolun hərəkət hissəsinin bərpası və sakinlərin gediş-gəlişinə mane olan amillərin aradan qaldırılması təmin edilib.

Uzun müddətdir gözlənilən bu yolun təmir edilməsi kənd sakinlərinin böyük sevincinə və razılığına səbəb olub. Yeni yol həm nəqliyyat vasitələrinin hərəkətini asanlaşdıracaq, həm də kənd təsərrüfatı mallarının bazarlara daşınmasını sürətləndirəcəkdir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights