ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycan Dövlətində “Sabantuy bayramı” və ya “Əkinçilər bayramı” kimi qəbul olunur.
Məlumat üçün bildirək ki, Sabantuy – qədim türk xalqlarının, xüsusilə tatar və başqırdların qədim əkinçilik bayramıdır. Bahar işlərinin bitməsi və məhsuldar əməklə bağlı keçirilən bu bayram xalq arasında birlik, əməksevərlik və milli dəyərlərin təntənəsi kimi qeyd olunur.
Rəngarəng oyunlar, musiqilər və xalq şənlikləri ilə müşayiət olunan Sabantuy türkdilli xalqların ortaq mədəni irsinin parlaq nümunəsidir.
ELAZ.İNFO olaraq, Bütün türk dünyasını Sabantuy münasibətilə təbrik edir, bolluq, bərəkət və qardaşlıq diləyirik!
Əli İBRAHİMOV
Hüquqşünas