Elaz.info xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda deyilir ki, itkin-şəhidlərin hər üçü hərbçidir. Hüseynov Mübariz Sabəddin oğlu, Mirzəliyev Ələsgər Fərzalı oğlu və Mehdiyev Münasib Namaz oğlu sabah onlar dəfn ediləcək.
M.Hüseynov sabah Bakı şəhəri, Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ə.Mirzəliyev Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında, M.Mehdiyev isə Samux rayonu Qovlarsarı kənd qəbiristanlığında dəfn olunacaq.
Natəvan BƏYDİLİ