Sabah hava necə olacaq?

ELAZ.İNFO xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. 

Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 15-20, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Bizimlə oxuyun
Verified by MonsterInsights