Sabah hava necə olacaq?

ELAZ.İNFO xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. 

Gündüz yağıntılar tədricən kəsiləcək.Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights