ELAZ.İNFO xəbər verir ki, sabah Bakıda Formula 1 Azərbaycan Qran-prisi uğrunda yarışlar başlayır.
Artıq 1500-ə yaxın marşalın fəaliyyət göstərdiyi heyət də artıq Bakıdadır. Onlar Atletlər kəndində yerləşdirilib.
Məlumat üçün bildirək ki, bu könüllü marşallar Formula 1 yarışlarının keçirildiyi bütün ölkədə olur və yarışların keçirildiyi məkanlarda fəal təbliğatçı olaraq çıxış edirlər.
Xatırladaq ki, Bakının mərkəzi küçə və prospektlərində keçiriləcək yarışlar sentyabrın 21-də yekunlaşdırılacaq.
İslam MAHMUDOV