Sabah Ədalət Partiyasının Qurultayı olacaq

ELAZ.İNFO, BAKI, 16.05.2025.

ELAZ.İNFO xəbər verir ki,  mayın 17-də Ədalət Partiyasının növbəti IX Qurultayı keçiriləcək.

Partiya fəalı Mütəllim Rəhimli bildirib ki, “bu İlyas İsmayılovun vəfatından sonra Ədalət partiyasının ilk qurultayı olacaq”.

Mütəllim Rəhiml qeyd edib ki, “qurultaya hazırlıq işləri artıq başa çatıb. 56 rayon təşkilatından 54-ü qurultaya nümayəndələrini seçib və protokoldan çıxarışları təqdim edib.Hazırlıq işlərinin yerinə yetirilməsində Təşkilat Komitəsinin, eləcə də partiyanın fəal və təmənnasız üzvlərinin xidmətləri alqışa layiqdir. Hər kəs bacardığından da artıq işlədi”.

M. Rəhimli vurğulayıb ki, “sabah qurultay seçkili orqanların hesabatlarını dinləyəcək və qiymətləndirəcək. Eyni zamanda Ədalət partiyasının sədrini, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvlərini və Ali Məclisin üzvlərinin 1/3-ni seçəcək”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights