Saatlı bomba partladı!

Epşteyn arxivləri: 95 Min fotodan ibarət saatlı bomba partladı!

ELAZ.İNFO-nun əldə etdiyi ən son məlumata görə, ABŞ Konqresinin Nəzarət Komitəsi bu gün səhər saatlarında Jeffrey Epstein-in şəxsi arxivindən növbəti 70 yeni fotoşəkili ictimaiyyətə təqdim edib. Bu, 19 dekabr — “Epşteyn Fayllarının Şəffaflığı Aktı” (Epstein Files Transparency Act) üzrə Ədliyyə Nazirliyinə verilən son möhlət günü ilə üst-üstə düşür.

ELAZ.İNFO xarici mediaya istinadən bildirir ki, yeni yayılan fotolar arasında tanınmış dövlət xadimləri, milyarderlər və elm adamlarının Epşteynlə qeyri-rəsmi şəraitdə çəkilmiş şəkilləri yer alır:

Tanınmış dilçi və filosof Noam Chomsky-nin Epşteynlə birlikdə təyyarədə və nahar zamanı çəkilmiş görüntüləri böyük müzakirələrə səbəb olub.Bill Gates-in Epşteynin malikanəsində çəkilmiş və indiyədək gizli qalan fotoları arxivin ən çox axtarılan hissəsidir.Keçmiş prezidentlər Bill ClintonDonald Trump-a aid olduğu iddia edilən, lakin hələ ki, konteksti izah olunmayan yeni kadrlar siyasi arenanı gərginləşdirib.Arxivin ən dəhşətli hissəsi Vladimir Nabokovun “Lolita” romanından olan sətirlərin qadın bədənləri üzərinə yazılmış fotolarıdır. Həmçinin, Ukrayna, Çexiya və Rusiya vətəndaşlarına aid pasportların görüntüləri Epşteynin qlobal insan alveri şəbəkəsinin miqyasını bir daha ortaya qoyur.

ABŞ Ədliyyə Nazirliyi bu gün axşama qədər minlərlə səhifəlik sənədi redaktə edərək (qurbanların adlarını gizlətməklə) tam şəkildə yaymağa çalışır. Ekspertlər hesab edir ki, bu gün “kiminsə karyerasının rəsmi sonu” ola bilər.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights