“Saat 12-dən sonra” ifadəsinin qanlı tarixi: Təhqir yoxsa Qəhrəmanlıq Salnaməsi?

Azərbaycanın rəngarəng etnik palitrasının ən mərd və vətənpərvər parçalarından biri olan Talış xalqı, əsrlərdir bu torpağın hər qarışı üçün canını fəda edib. Lakin bu gün cəmiyyətdə zarafat və ya ironiya kimi işlədilən bir ifadə var ki, onun kökündə böyük bir qəhrəmanlıq və eyni zamanda faciə dayanır: “Saat 12-dən sonra”

ELAZ.İNFO xəbər verir ki, Talışların dövlətçilik tariximizdəki rolu əvəzsizdir. Şah İsmayıl Xətai ordusunda talış döyüşçüləri sadiqliyi ilə seçilmiş, Şahın sağ tərəfində duran “yaşılpaltarlılar” kimi tanınmışlar. Hətta Şah Xətaiyə qarşı sui-qəsd planını eşidən Talış xanının, “qonaq Allah qonağıdır” deyərək öz anasını belə həbs etməsi, bu xalqın mərdliyinin və xarakterinin ən bariz nümunəsidir.

1812: Lənkəran Qalasının Mühasirəsi və Rus Generalın Ultimatumu. Tarixi faktlar göstərir ki, “saat 12” məsələsi heç də gündüz istisi və ya əkin-biçinlə bağlı deyil. Bu, 1812-ci ilin dekabrında Rusiya imperiyasının işğalçı ordusu ilə Lənkəran qalasının müdafiəçiləri arasında yaşanan qanlı dramdır.

General Pyotr Kotlyarevski qalanı mühasirəyə alarkən qalanın komandanı Sadiq xana məktub yazaraq, dekabrın 31-i saat 12:00-a qədər təslim olmağı tələb edir. Sadiq xan və onun yanındakı talış və türk-qacar döyüşçüləri isə tarixin ən şərəfli cavablarından birini verirlər:

“Vətən uğrunda şanlı ölümlə ölmək, şimal ayıları tərəfindən parçalanmaqdan daha yaxşıdır!” 12-dən sonrakı Qətliam və “Başları İşləmir” İfadəsinin Mənşəyi. Təslim olma təklifini rədd edən qəhrəmanları görən Kotlyarevski qəzəblənərək 1813-cü il yanvarın 1-də hücum əmri verir. Rus generalının bu sözləri tarixin arxivinə həkk olunur:

“Bu Lənkəran qalasında olanların başı işləmir, yaşamaq əvəzinə ölməyi seçdilər. Saat 12-dən sonra qalanı alın və kimisə sağ buraxmayın!”

Ruslar qalaya daxil olduqdan sonra görünməmiş bir qırğın törətdilər. Sadiq xan başda olmaqla, 16 mindən çox sakin və 4 minə yaxın müdafiəçi amansızcasına qətlə yetirildi. Rus tarixçiləri isə bu inadkar müqaviməti “axmaqlıq” kimi qələmə vermək üçün “12-dən sonra bunların başı çönür (yəni fəhm etmirlər)” deyimini bir aşağılama vasitəsi kimi yaymağa başladılar.

Bir Millətin Qürur GünüBu gün talış qardaşlarımıza qarşı işlədilən o ifadə, əslində işğalçı ordunun diz çökdürə bilmədiyi bir xalqın ölümü şərəfsiz həyatdan üstün tutmasının sübutudur. 1918-ci il mart soyqırımında dinini satmayan 3 min şəhid talış, I və II Qarabağ müharibəsində canını sipər edən oğullar bu qəhrəmanlıq geninin davamçılarıdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights